“Neftçi”nin futbolçusu iynə gücünə oynayırmış – ETİRAF ETDİ

12 Yanvar 2023 19:40 Neftçi 1 620
“Neftçi”nin futbolçusu iynə gücünə oynayırmış – ETİRAF ETDİ

“Neftçi”nin əsas heyət üzvlərindən olan Ataa Caber komandadan ayrı düşüb.

Toplanışın ilk günlərindən ayağında ağrılar hiss edən 28 yaşlı yarımmüdafiəçi baş məşqçi Laurentsiu Regekampfın məsləhəti ilə fərdi şəkildə çalışır, ağır məşqlərə qatılmır.

Elə bu səbəbdən “Vaşaş”la yoldaşlıq görüşündə adı iştirak ərizəsinə salınmamışdı.

İsrailli legioner Sportinfo.az-a açıqlamasında hazırkı durumu ilə bağlı danışıb:

“Bu zədə məndə ötən ildən var. Qış fasiləsindən öncəki 4 oyunu zədəli-zədəli meydana çıxmışdım.

Çünki komandama kömək etmək istəyirdim. Fasiləyə yaxın büdrəməyək deyə, əziyyətə qatlaşırdım.

Toplanışın ilk günlərində kollektivdən ayrı məşq etməyi tövsiyə etdilər. Lakin vəziyyətim get-gedə yaxşılaşır.

Fikrimcə, ən qısa zamanda komanda ilə məşqlərdə iştirak edib, yaşıl meydanlarda “Neftçi”yə kömək edəcəyəm”.

Ataa Caber cari mövsümdə “Neftçi” formasında bütün turnirlərdə meydana çıxdığı 22 qarşılaşmada 5 qol vurub, 3 məhsuldar ötürmə edib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?