"Neftçi"dən yeni qərar

12 Yanvar 2023 16:20 Neftçi 4 820
"Neftçi"dən yeni qərar

“Neftçi” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını davam etdirir.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qardaş ölkədəki ilk yoxlama matçında Macarıstan “Vaşaş”ı ilə heç-heçə edən (1:1) “Neftçi” növbəti oyununu yanvarın 15-də Polşanın “Medz Leqnisa” klubuna qarşı keçirəcək.

Həmin gün keçirilməli olan digər matç – “Baçka Topola” (Serbiya) ilə oyun hazırkı vəziyyətdə futbolçuların zədələnmə ehtimalı nəzərə alınaraq məşqçilər korpusunun qərarı əsasında ləğv olunub.

Yanvarın 19-dakı son qarşılaşmada isə rəqib Serbiyanın “Srvena Zvezda” klubu olacaq

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?