"Neftçi" növbəti əcnəbinin ayrılığına hazırlaşır

12 Yanvar 2023 14:40 Neftçi 1 909
"Neftçi" növbəti əcnəbinin ayrılığına hazırlaşır

"Neftçi" yarımmüdafiəçisi Yusif Lavalın Portuqaliyanın "Arouka" klubuna keçidini dünən ictimaiyyətə açıqladı.

Klubdan əldə etdiyimiz məlumata görə, bu, qış fasiləsində "ağ qaralar"da gerçəkləşən sonuncu ayrılıq olmaya bilər.

Belə ki, komandanın hücumçusu Qodsvey Donyo da yol üstündədir.

Qanalı forvarda Türkiyə və İsrail klublarından ciddi təkliflər var. Klub da əcnəbi futbolçunun gedişində maraqlıdır.

Danışıqlar müsbət yekunlaşsa "11 nömrə" mövsümün ikinci yarısını gözləmədən təmsilçimizin düşərgəsini tərk edəcək.

Donyo ötən ilin yayından "Neftçi"nin şərəfin qoruyur. O, arxada qalan müddətdə meydana çıxdığı 21 görüşdə 5 qol və 4 qol ötürməsi ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?