"Utanın! Heyf “Neftçi”dən”

11 Yanvar 2023 20:40 Neftçi 2 567
"Utanın! Heyf “Neftçi”dən”

Yanvarın 4-dən Antalyada təlim-məşq toplanışında olan “Neftçi” təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq görüşünü keçirib.

“Ağ-qaralar” Macarıstanın yüksək dəstəsində çıxış edən “Vaşaş”la qarşılaşıb.

Hesabı ilk hissədə bakılıların yarımmüdafiəçisi Kenni Sayef açsa da, rəqib ikinci yarıda bərabərlik topunu vurub və oyun 1:1 hesabı ilə başa çatıb.

Nəticə bir tərəfə, “Nefçi”nin sərgiləyi oyun qarşılaşmanı canlı izləyən azarkeşlərin ürəyincə olmayıb. Müdafiə xəttində yol verilən səhvləri və hücumdakı “dişsizliy”i görən fanatlar müxtəlif formada iradlarını bildirib.

Klubun sosial media səhifələrində “Neftçi”nin Macarıstan çempionatının sonuncusu ilə heç-heçəsinə gələn reaksiyaları təqdim edirik:

“Vaşaş” öz çempionatının sonuncusudur. “Neftçi-2” oynasa belə, bu komandanı böyük hesabla udmalıydı. Müdafiədə və hücumda işlər yenə qaydasında deyil”.

“Yenə bərbad oyun”.

“Bu nə oyundur? Utanın! Heyf “Neftçi”dən”.

”Macarıstan çempionatının autsayderi ilə heç-heçə etdiz? Nə deyək daha”.

“Geydirmə bir komandaya qarşı “Neftçi”nin oyunu”.

“Yoldaşlıq oyunudur” deyib özümüzə təsəlli verək”.

“Vaşaş”ın heyətinə baxıb utanın!”

“Macarıstanın sonuncu yerdə gedən komandası belə, “Neftçi”dən yaxşı oynayır. Səviyyə fərqinə bax da”.

“Neftçi” necə var, elə qalıb. Mənasız, müdafiəsiz oyun”.

“Neftçi” ayın 20-dək davam edəcək təlim-məşq toplanışında daha üç yoxlama matçına çıxacaq.

“Ağ-qaralar” yanvarın 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, 19-da isə “Srvena Zvezda” komandası ilə qarşılaşacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!