“Neftçi”nin yeni təklifini qəbul etmədi, ortaya pul gəldi, Portuqaliyanın yolunu tutdu

11 Yanvar 2023 16:00 Neftçi 1 593
“Neftçi”nin yeni təklifini qəbul etmədi, ortaya pul gəldi, Portuqaliyanın yolunu tutdu

“Neftçi” Yusuf Lavalın satışı ilə əlaqədar Portuqaliya “Arouka”sı ilə rəsmi danışıqlara başlayıb.

Bu haqda klubun rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, nigeriyalı yarımmüdafiəçi bu gün komandanın düşərgəsindən ayrılaraq, Bakıya dönəcək.

O, viza problemini həll etdikdən sonra Portuqaliyaya yola düşəcək. Laval tibbi baxışdan uğurla keçəcəyi halda, rəsmi satış müqaviləsi imzalanacaq və sonra bu barədə ictimayyətə ətraflı məlumat veriləcək.

“Neftçi”yə 2020-ci ilin yayında Belçika “Lokeren”indən keçən Laval buradan öz istəyi ilə gedir.

Paytaxt təmsilçisindən Sportinfo.az-a daxil olan məlumata görə, nigeriyalı yayda bitəcək müqaviləsinin müddətini yeniləməyəcəyi barədə onları məlumatlandırıb.

Onu heç cür razı sala bilməyəcəyini görən bakılı funksionerlər pul qazanmaq fürsətini dəyərləndirməyi lazım bilib.

Çünki o, yayda Azərbaycanı tərk etsəydi, klubun büdcəsinə 1 avro da daxil olmayacaqdı. Indi isə “Arouka” onlara təzminat ödəyəcək.

Əslində Lorentsiu Regekampf da son aylarda Lavaldan narazı idi. Afrikalı vingerin artıq çəki toplaması və məşqlərdə könülsüz iştirakı baş məşqçini dəfələrlə özündən çıxarmışdı.

Cərimə ediləcəyi ilə bağlı edilmiş xəbərdarlıq da, belə görünür ki, nigeriyalıya təsir göstərməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!