“Neftçi”yə qol vuran macar hücumçu nəyə sevindiyini açıqladı

11 Yanvar 2023 13:40 Neftçi 970
“Neftçi”yə qol vuran macar hücumçu nəyə sevindiyini açıqladı

“Neftçi” ilə oyunda bakılıların çox yaxşı güc nümayiş etdirdiklərini hiss etdik”.

Sportinfo.az xəbər verir ki, bunu Macarıstan “Vaşaş”ının futbolçusu David Zimonyi Türkiyədəki təlim-məşq toplanışında “Neftçi” ilə keçirdikləri yoxlama görüşü ilə bağlı danışarkən deyib.

Heç-heçə (1:1) nəticələnən görüşdə komandasının yeganə qolunun müəllifi olan 26 yaşlı macarıstanlı hücumçu qələbəyə layiq çıxış etdiklərini düşünür:

“Bu bizim ilk sınaq matçımız idi. Məncə, birinci oyuna görə kifayət qədər yaxşı idik. Bərabərlik qolunu vurduğum üçün çox sevincliyəm.

Cinahdan ötürmə alarkən topu qəbul edər-etməz onu uzaq küncə göndərdim. Hesab edirəm ki, sərgilənən oyuna əsasən qələbə qazana bilərdik”.

Qeyd edək ki, “Vaşaş” Antalyada növbəti yoxlama görüşünü yanvarın 14-də “Novi Pazar”a (Serbiya) qarşı keçirəcək.

“Neftçi” isə ertəsi gün iki sınaq matçına çıxacaq. Laurentsiu Regekampfın yetirmələri “Medz Leqnisa” (Polşa) və “Baçka Topola” (Serbiya) ilə qarşılaşacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?