“Neftçi”yə qarşı yaxşı oyun keçirdik, məqsədimizə mükəmməl şəkildə nail olduq”

11 Yanvar 2023 11:00 Neftçi 761
“Neftçi”yə qarşı yaxşı oyun keçirdik, məqsədimizə mükəmməl şəkildə nail olduq”

“Neftçi”yə qarşı yaxşı oyun keçirdik, məqsədimizə mükəmməl şəkildə nail olduq”.

Sportinfo.az xəbər verir ki, bunu Macarıstan “Vaşaş”ının baş məşqçisi Elemer Kondas 1:1 hesabı ilə başa çatan “Neftçi” ilə yoxlama görüşü barədə danışarkən deyib.

60 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında üstün oyun nümayiş etdirdiklərini söyləyib:

“Hər iki hissədə məşqlərdə işlətdiyimiz elementləri həyata keçirdik. Həm birinci, həm də ikinci yarıda çox sayda qol imkanları yaratdığımız üçün şadam.

Lakin şanslardan yararlanmaqda problemlər oldu. Birinci hissədə rəqibin vurduğu qoldan başqa qapıçımıza top gəlmədi.

Əvəzində “Neftçi”nin qapıçısı bir neçə dəfə komandasını xilas etdi. Oyunda çox gözəl anlar yaşadıq, razı qaldım”.

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” növbəti yoxlama görüşlərini yanvarın 15-də “Medz Leqnisa” (Polşa) və “Baçka Topola”ya (Serbiya) qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!