“Neftçi”dən danışdı, ürək-dirək verdi: “Bu, çoc xoşuma gəlir”

10 Yanvar 2023 16:20 Neftçi 1 011
“Neftçi”dən danışdı, ürək-dirək verdi: “Bu, çoc xoşuma gəlir”

“Ümid edirəm ki, mövsümün ikinci yarısında azarkeşləri sevindirəcəyik”.

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin kiperi İvan Brkiç deyib.

Türkiyədə keçirilən qış təlim-məşq toplanışını dəyərləndirən xorvatiyalı qapıçı mövsümün ikinci yarısı üçün ümidli danışıb.

28 yaşlı balkanlı azarkeş dəstəyinin də onlar üçün vacib olduğunu vurğulayıb:

“Yalnız futbola köklənmək üçün hər cür şəraitimiz var. Çox çalışırıq və bu, əladır.

Azarkeşlər bizim 12-ci oyunçumuzdur. Onların komandamızı tribunadan dəstəkləməkləri çox xoşumuza gəlir”.

“Neftçi” toplanış çərçivəsində ilk yoxlama görüşünü bu gün Macarıstan təmsilçisi “Vaşaş”a qarşı keçirəcək. Antalyadakı qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!