“Neftçi”də əsas heyətə düşməyən: “Çempionlar Liqasında oynamaq istəyirəm”

10 Yanvar 2023 13:20 Neftçi 1 459
“Neftçi”də əsas heyətə düşməyən: “Çempionlar Liqasında oynamaq istəyirəm”

“Çempionlar Liqasında oynamaq istəyirəm”.

Sportinfo.az xəbər verir ki, bunu “Pressball”a açıqlamasında “Neftçi”nin belaruslu legioneri Yeqor Boqomolski deyib.

Bakı klubunda nadir hallarda meydana çıxan 23 yaşlı hücumçu gələcəklə bağlı hədəflərini açıqlayıb. Boqomolski güclü liqaların birində çempionluğu arzuladığını gizlətməyib:

“Məni heç nə təəccübləndirməz. Hər bir futbolçu kimi, Çempionlar Liqasında oynamaqla yanaşı, Avropanın güclü çempionatında uğur qazanmaq istəyirəm.

Həmçinin Belarus millisi ilə də böyük turnirə qatılmaq arzusundayam”.

"Neftçi”yə ötən ilin yayında Belarusun “Minsk” klubundan keçən Yeqor Boqomolski cari mövsüm Premyer Liqada 14 oyunda 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?