Dünən "Neftçi" ilə müqavilə bağladı, bu gün ayrılığa "göz qırpdı"

10 Yanvar 2023 11:00 Neftçi 2 033
Dünən "Neftçi" ilə müqavilə bağladı, bu gün ayrılığa "göz qırpdı"

"Neftçi"nin yeni transferi Höccət Haqverdi Təbriz "Traktor"u ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi bununla bağlı özünün instaqram səhifəsində paylaşım edib.

"Əziz azarkeşlər, yarım mövsüm sizinlə birlikdə olduq. Şübhəsiz, ayrı qalmaq mənim üçün asan olmayacaq, Azərbaycanın mehriban sakinləri.

Amma ümid edirəm ki, daha sonra daha yaxşı şəraitdə dəstəyinizə qarşılıq olaraq, yenidən "Traktor"un formasını geyinə biləcəm.

Hər birinizə sevgilər, əziz fanatlar. Sonda komandaya mövsümün qalan hissəsində uğurlar arzulayıram", - təcrübəli oyunçu yazıb.

Höccət Haqverdi "Neftçi" ilə 1,5 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?