“Neftçi”nin baş məşqçisi ilə danışıqlar o qədər də yaxşı alınmayıb”

10 Yanvar 2023 01:50 Neftçi 1 029
“Neftçi”nin baş məşqçisi ilə danışıqlar o qədər də yaxşı alınmayıb”

Rumıniyada Eudjen Nyaqoenin “Universitatya Krayova”ya baş məşqçi təyin olunması müzakirə edilərkən, "Neftçi"nin çalışdırıcısı Laurentsiu Regekampfın bu posta namizəd olduğu məsələsinə toxunulub.

Sportinfo.az xəbər verir ki, "ProSport" nəşri Regekampfın namizədliyinin reallaşmamasının səbəbini tapıb.

Rumıniyalı həmkarlarımız məsələ haqda belə yazıblar:

"Namizədlər siyahısında ilk olaraq Laurentsiu Regekampfın adı olub. Tərəflər arasında danışıqlar o qədər də yaxşı alınmayıb.

Əslində, "Neftçi" Azərbaycan kubokunun yarımfinalına vəsiqə qazanmasaydı, Regekampf "Universitatya Krayova"ya qayıdacaqdı".

Rumıniya saytının yazdığına görə, Krayova klubunun yeni baş məşqçisi siyahıda yalnız dördüncü olub.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?