"Neftçi"dən qovulan baş məşqçi keçmiş klubuna qayıtdı

9 Yanvar 2023 22:40 Neftçi 908
"Neftçi"dən qovulan baş məşqçi keçmiş klubuna qayıtdı

"Şerif"in yeni baş məşqçisi bəlli olub.

Sportinfo.az Moldova klubunun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Roberto Bordin təyin edilib.

İtaliyalı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

58 yaşlı baş məşqçi Tiraspol təmsilçisinin sükanı arxasında Stepan Toması əvəzləyib.

Roberto Bordin 2017-2018-ci illərdə də "Şerif"ə rəhbərlik edib. O, 2018-ci ilin iyulundan 2020-ci ilin yanvarınadək "Neftçi"nin baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?