“Neftçi” qış fasiləsində ilk transferini reallaşdırıb.
Paytaxt təmsilçisi “Sumqayıt”dan Höccət Haqverdini heyətinə qatıb.
Son olaraq icarə əsasında İranda - “Traktor”da çıxış edən Azərbaycan millisinin müdafiəçisi ilə 1,5 illik müqavilə bağlanıb.
29 yaşlı milliləşdirilən arxa xətt oyunçusu 3 nömrəli formanı geyinəcək.

Haqverdi dha əvvəl İranın “Abumoslem” (2013-2014), “Zob Ahan” (2014-2017), “Peykan” (2017-2021) klublarında çıxış edib, bu mövsümün ilk hissəsini icarə əsasında Təbriz “Traktor”unda keçirib.
Millinin heyətində 17 oyunda meydana çıxıb, 1 qol vurub.
“Neftçi” müqavilə ilə “Sumqayıt”a məxsus olan Höccətə görə 100 min dollar təzminat ödəməyi öz üzərinə götürüb.
Müdafiəçi də “ağ-qaralar”dan böyük qazanc əldə edəcək. Onun aylıq gəliri 10 min dolların üstündə olacaq.
SPORTİNFO.AZ

