"Neftçi" transfer təklifi göndərdi, şərtləri razılaşdırdı, başqa elçiləri çıxdı

9 Yanvar 2023 15:00 Neftçi 2 330
"Neftçi" transfer təklifi göndərdi, şərtləri razılaşdırdı, başqa elçiləri çıxdı

«Neftçi» Ukraynanın gənclər yığmasının sabiq yarımmüdafiəçisi Dmitri Topalovla müqavilə şərtlərini razılaşdırıb.

Bu barədə Sportinfo.az-a paytaxt təmsilçisindən bildirilib.

Redaksiyamıza verilən məlumata görə, 24 yaşlı vingerin müqavilə ilə məxsus olduğu «Şaxtyor»a rəsmi təklif irəli sürülüb.

Donetsk klubu son 3 mövsümdə «Mariopol»a icarəyə verdiyi Topalovu satmağa hazırdır. Sadəcə, «şaxtaçılar» transferin ən qısa zamanda gerçəkləşməsinə tələsmirlər.

Səbəb ona görə başqa təkliflərin də gəlməsidir.

Belə ki, Azərbaycandan «Sabah»la yanaşı, Polşadan «Lex», Kiprdən «Anortosis» və Rumıniyadan «Dinamo» (Buxarest) Topalovun elçi daşının üzərində əyləşib.

Donestk klubunun yetirməsi 2017-ci ildə əsas komandaya cəlb olunub. «Şaxtyor» onu 2019-cu ildə «Mariopol»a icarəyə verib. O, burada keçirdiyi 3 ildə 63 oyuna çıxıb və 10 qol vurub.

Topalov Ukraynanın U-17, U-18, U-19 və U-21 yığmalarına dəvət alıb və üst-üstə 4 dəfə fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?