"Avropa klublarından və bir millidən təklif almışam” – ÜSTÜÖRTÜLÜ MESAJ

6 Aprel 2020 13:40 Milli komanda 607
"Avropa klublarından və bir millidən təklif almışam” – ÜSTÜÖRTÜLÜ MESAJ

“Roma”nın sabiq baş məşqçisi Eusebio Di Françesko gələcək karyerası barədə danışıb.

Sportinfoc.az xəbər verir ki, “football italia” nəşrinə açıqlama verən təcrübəli mütəxəssis bir neçə təklif aldığını təsdiqləyib:

“İngilis dilini öyrənirəm. Özümü hər cür təcrübəyə hazır hiss etməliyəm. “Sampdoriya”dan ayrıldıqdan sonra biraz istirahət etmək istədim. Ancaq hazırda bir neçə yerdən təkliflərim var. Avropa klublarından və başqa, bir milli komandadan təklif almışam”.

AFFA-nın Azərbaycan yığmasını çalışdırmaq üçün Di Françeskoya təklif göndərdiyi iddia edilir. Ancaq federasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla bildirib ki, baş məşqçi məsələsi ilə əlaqəli hər hansı yenilik yoxdur. O, nəinki Di Françesko, heç bir namizədlə bağlı yeniliyin olmadığını vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda