ŞOK TƏYİNATın baş tutmamasının PƏRDƏARXASI GİZLİNLƏRİ

13 Fevral 2020 18:34 Milli komanda 1 596
ŞOK TƏYİNATın baş tutmamasının PƏRDƏARXASI GİZLİNLƏRİ

Bir neçə saat əvvəl xəbər verdiyimiz kimi, Abdullah Avcı Azərbaycan yığmasında işləmək niyyətində deyil.

"TRT Spor" xəbər verib ki, AFFA 57 yaşlı mütəxəssisə təklif göndərsə də, tərəflər arasında son görüş baş tutmayıb.

Bildirilib ki, türkiyəli məşqçinin planlarına milli komandada işləmək daxil deyil. Məlumata görə, təcrübəli mütəxəssis Elxan Məmmədovla görüşü zamanı milli komanda çalışdırmaq istəmədiyini deyib.

Onun Azərbaycan millisindən rəsmi təklif gələcəyi təqdirdə, imtina edəcəyi də vurğulanıb. Bununla yanaşı, o, bir müddət istirahət etmək istədiyini söyləyib. 56 yaşlı mütəxəssis mövsümə “Beşiktaş”da başlasa da, uğursuz gedişatın ardından onunla yollar ayrılıb.

AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov bu gürn açıqlama verib ki, millinin yeni baş məşqçisi əcnəbi olacaq. O, İcraiyyə Komitəsinin (İK) son iclasında təqribən 30 mütəxəssisin adının namizədlər siyahısında olduğunu vurğulayıb:

"Onlar müxtəlif ölkələrdən müxtəlif səviyyədə olan məşqçilərdir. Bəziləri gedişatda başqa komandalarla müqavilə imzalayıb və bizim siyahıdan çıxıb.

Bu həftə İcraiyyə Komitəsinin üzvləri öz fikrini bildirəcək. Böyük ehtimalla, yeni baş məşqçi əcnəbi olacaq. Nəzərə alaq ki, milli komanda yerli çempionatda oynamır.

Ona görə də yeni baş məşqçinin beynəlxalq təcrübəsi olmalıdır. Bizdə ən çox beynəlxalq təcrübəsi olan mütəxəssis Qurban Qurbanov idi, o da bizim millidə çalışdı”.

Sportinfo.az-ın məlumatına görə, Avcının imtinası İstanbuldan qayıdan federasiya təmsilçilərini məyus edib. Bakılı qonaqlar Türkiyədə öyrənib ki, Avcının "Beşiktaş"da illik qazancı 5 milyon manata yaxın imiş.

"Qara qartallar" 2 həftə öncə yollarını ayırdığı mütəxəssisə hər ay 327 min manat təzminat ödəməyə mükəlləfdir. Bu, anlaşmanın prozulmasına dair sənəddə əksini tapıb.

Avcı yeni iş yeri tapanadək hər ay İstanbul nəhəngindən bu məbləği alacaq. AFFA isə ona "Beşiktaş"da əldə etdiyi vəsaitdən iki dəfə aşağı təklif irəli sürüb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"