Benzemanın milliyə qayıtmaq məsələsində - SON!

17 Noyabr 2019 15:05 Maraqlı 715
Benzemanın milliyə qayıtmaq məsələsində - SON!

"Real"ın hücumçusu Kərim Benzemanın bağışlanaraq yenidən milliyə dəvət alacağı və AÇ-2020-nin final mərhələsində iştirak edəcəyi ehtimalı yaransa da, bu, baş verməyəcək.

Sportinfo.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Zinəddin Zidanın "Benzema yığmaya qayıtmalıdır" fikrinə Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qredən cavab gəlib.

Federasiya rəhbəri Benzemanın yaxşı futbolçu olduğunu desə də, milliyə geri qaytarılmayacağını bildirib:

"Kərim əla futbolçudur, heç vaxt onun karyerası ilə bağlı iradımız olmayıb. Cari mövsüm bir daha necə lazımlı oyunçu olduğunu təsdiq edir. Amma milli komandaya gəlincə...Bu, mümkün deyil. Onun yığma macərası başa çatıb".

Benzema Fransa yığmasından 2015-ci ildə - komanda yoldaşı Matye Valbuena ilə yaşadığı xoşagəlməz şantaj hadisəsindən sonra qovulub. Valbuena şəxsi videosu ilə şantaj edilmiş və görüntülərin təhdidçilərə məhz Benzema tərəfindən ötürülməsi məlum olmuşdu.

Qalmaqal günlərlə dünya mətbuatında manşet oldu və ittihamlar səngimək bilməyincə, "xoruzlar"ın baş məşqçisi Didye Deşam hər iki futbolçunu millidən uzaqlaşdırdı. Hətta Fransanın ovaxtkı prezidenti Nikolya Sarkozi də məsələyə münasibət bildirmiş, Benzemanı müdafiə etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti