“Sabah” oruc tutanlara xüsusi münasibət göstərdi - FOTOLAR

3 Aprel 17:00 Maraqlı 272
“Sabah” oruc tutanlara xüsusi münasibət göstərdi - FOTOLAR

Hər zaman azarkeşlərə qarşı xüsusi diqqəti ilə seçilən "Sabah" klubu Premyer Liqanın 28-ci turunun "Zirə" ilə matçında da öz ampulasındaydı.

"Tələbələr"in məğlub olduğu (0:1) görüşün 20-ci dəqiqəsində qarşılaşmanın baş hakimi Elçin Məsiyev oruc tutan futbolçular üçün iftar fasiləsi elan edib.

Bu zaman tribunalarda yaşanan xoş mənzərə diqqətdən qaçmayıb.

Belə ki, meydan sahiblərinin işçiləri azarkeşlərə pulsuz olaraq xurma və su paylayıb.

"Sabah" tərəfinin oruc tutan azarkeşlərini unutmaması təqdirəlayiq addımdır.

Bu, tamaşaçılar tərəfindən də xoş qarşılanıb.

Həmin anın gözəl görüntülərini sizə təqdim edirik.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti