Futbolumuzun tanınan simaları bölgə klubuna cəm olur?

14 Yanvar 20:20 Maraqlı 916
Futbolumuzun tanınan simaları bölgə klubuna cəm olur?

Qarşısına Birinci Liqaya yüksəlmək hədəfi qoyan "Cəbrayıl" qış fasiləsində daha da güclənmək yolunu seçib.

Komandanın yeni transferlərinin tanınan simalar olması gözlənilir.

Belə ki, komandanın baş məşqçisi Cavid Hüseynov köhnə tanışlarına üz tutub.

Söhbət Mini Futbol Çempionatında iştirak edən "İnter" komandasının sabiq milli üzvlərindən gedir.

Yeni yaradılan "İnter"də Rail Məlikov, Rauf Əliyev, Rəşad Sadiqov, Elvin Məmmədov, Əfran İsmayılov, Ruslan Əmircanov çıxış edir.

Futbolumuzun məşhur adları aldıqları təklifə yekun qərarların verməyiblər.

Onların bəzisi iş qrafiklərinin sıxlığı və ya idman formasından uzaq olması üzündən yenidən yaşıl meydanlara qayıtmağa tərəddüd edir.

Bu səbəblərdən hamısı olmasa da, bəzilərinin yenidən böyük futbola qayıdışı real görünür.

"Cəbrayıl" çıxış etdiyi İkinci Liqanının birinci dövrəsini 2-ci pillədə tamamlayıb.

Lider "Baku Sportinq"dən 7 xal geri qalan komandanın aktivində 30 xalı var.

Liqada qış fasiləsi martda başa çatacaq.

Maraq üçün bildirək ki, Azərbaycan millisinin sabiq üzvü Rahid Əmirquliyev ötən yay peşəkar karyerasını bitirsə də həvəskar səviyyədə "Şahdağ Qusar"ın uğurları üçün çalışır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"