“Mən o yarışmaya çıxmaram, utanaram” – Millimizin sabiq futbolçusu Vüqar Nadirov haqda

1 Fevral 2023 22:20 Maraqlı 906
“Mən o yarışmaya çıxmaram, utanaram” – Millimizin sabiq futbolçusu Vüqar Nadirov haqda

“Vüqar mənim dostum-qardaşımdır.

Yarışmanın təşkilatçısı və aparıcısı Azər Zahidlə də çox gözəl münasibətim var.

Hər ikisi qardaşdır. Amma mən o yarışmaya çıxmaram, utanaram”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin və “Neftçi”nin sabiq futbolçusu Cavid İmamverdiyev “Tik Tok” platformasında yayımlanan “Təkərdə” yarışması haqda danışarkən deyib.

Bildiyiniz kimi, ölkənin tanınmış futbolçularından olmuş Vüqar Nadirov sözügedən yarışmaya qatılmaqla futbol ictimaiyyətinin bəzi nümayəndələrinin qınağına tuş gəlib.

“Tik Tok”dakı fəallığı ilə tanınan Cavid bu cür yarışmalara qatılmaq niyyətində olmadığını bildirməklə yanaşı, səbəbini izah edib:

“Yarışma pisdir, yaxud xoş olmayan nəsə var, yox, o mənada demirəm. Sadəcə, mən şou yarada bilmərəm. O verilişin formatı elədir ki, şou yaratmalısan. Mən isə utancaq adamam.

Vüqar bu gün oradadır və ən böyük dəstəkçilərindən biri elə özüməm. Amma mənim xarakterim o verilişin formatına uyğun deyil.

Mən futbolçu kimi tanınmışam, Azər kimi bloger deyiləm, digərləri kimi “Tik Toker”liyi bacarmıram. Yenə deyirəm, hər ikisi mənim qardaşımdır. Amma mən şouluq biri deyiləm”.

Vaxtilə “Neftçi”, “Karvan”, “Sumqayıt”, “Sabah”, “Şamaxı” və “Kəpəz”in formasını geyinmiş Cavid İmamverdiyev “Elazığspor”da legioner həyatı yaşayıb.

O, “Neftçi”nin heyətində 3 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu