"Kəpəz"in yeni transferi qaldığı oteldə bu işlə məşğul oldu - Antalyadan MARAQLI VİDEO

12 Yanvar 2023 22:20 Maraqlı 846
"Kəpəz"in yeni transferi qaldığı oteldə bu işlə məşğul oldu - Antalyadan MARAQLI VİDEO

“Kəpəz”in qış fasiləsində heyətinə qatdığı ilk oyunçu Alessandro Pinheiro Martins Junior oldu.

Əcnəbi yarımmüdafiıçi qış təlim-məşq toplanışının ilk günündən komanda ilə bir yerdədir.

Karyerası daha çox öz ölkəsi ilə bağlı olan futbolçu, sadəcə son 1 ilə yaxın müddəti Litvada keçirib.

O, bu ölkənin “Babrunqas” komandasında cəmi 6 oyunda meydana çıxıb və aktivinə 1 qol yazdıra bilib.

“Sanbaçı”nın qərb təmsilçisinə nə dərəcədə faydalı olacağını indidən demək müşkül məsələdir.

Çünki nə rəsmi, nə də yoldaşlıq oyunlarda onun bacarığına şahidlik edə bilməmişik.

Ancaq “Kəpəz”li futbolçunun yaxşı rəqs etmək bacarığı olduğunu iddia etmək olar.

Hər halda, təqdim edəcəyimiz video belə düşünməyə əsas verir.

Belə ki, braziliyalı Antalyada qaldığı oteldə, yarıçılpaq vəziyyətdə digər komanda yoldaşları üçün rəqs etməsi ilə yadda qalıb.

Həmin anın görüntülərin sizə təqdim edirik:

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı