Dünya çempionu olan azərbaycanlı Pele ilə bağlı xatirəsini "Sportinfo"ya danışdı - FOTO

5 Yanvar 2023 22:20 Maraqlı 1 087
Dünya çempionu olan azərbaycanlı Pele ilə bağlı xatirəsini "Sportinfo"ya danışdı - FOTO

Əfsanəvi futbolçu Pelenin dünyasını dəyişməsindən bir neçə gün ötsə də, futbol adamları onunla bağlı xatirələrini bölüşməyə davam edir.

Onların arasında azərbaycanlı futbol mütəxəssisi Arif Əsədov da var.

Hazırda milli komandamızın baş məşqçisi Canni De Byazinin köməkçisi kimi çalışan Əsədov məşhur braziliyalı ilə bağlı “votçap” hesabından paylaşım edib.

O, status bölməsində 82 yaşında dünyasın dəyişən Pelenin bir zamanlar SSRİ milli komandası ilə olan fotosunu dostları üçün bölüşüb.

Təbii ki, Arif müəllimin də yer aldığı şəkil diqqətimi çəkməyə bilməzdi. Maraq güc gəlincə, fotonun tarixçəsi ilə bağlı millimizin məşqçisindən məlumat verməsini xahiş etdim.

Hər zamankı kimi, 52 yaşlı məşqçi bu dəfə də məmuniyyətlə müraciətimi ətraflı cavablandırdı:

“Gənclər arasında dünya çempionatı 1987-ci il Kanadada keçirilmişdi. Final oyununda Nigeriya yığması ilə qarşılaşırdıq.

Oyundan əvvəl Pelenin matça gələcəyini bilirdik. Əfsanə futbolçu start fitindən əvvəl həm bizimlə, həm də Nigeriya yığması ilə foto çəkdirdi.

Sonuncu DÇ-da olduğu kimi onda da final bərabərliklə başa çatmışdı. Onbirmetrlik cərimə zərbələrində isə 4:2 qalib gəldik. Qarşılaşmadan sonra qızıl medalları boynumuzdan braziliyalı əfsanə şəxsən asdı. Şəklin belə bir tarixi var”.

Xatırladaq ki, Arif Əəsdov SSRİ yığmasının heyətində 1987-ci ildə 17 yaşlılar arasında Dünya çempionu, 1988-ci ildə isə 19 yaşlılar arasında Avropa çempionu olub.

XANOĞLAN /İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti