Prokuror sabiq baş məşqçiləri dindiriləcək – RÜŞVƏT İŞİ

14 Mart 2023 21:40 İspaniya 258
Prokuror sabiq baş məşqçiləri dindiriləcək – RÜŞVƏT İŞİ

İspaniya Prokurorluğu “Barselona”nın keçmiş baş məşqçiləri - Luis Enrike və Ernesto Valverdeni dindirəcək.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssislər “Neqreyra işi”ndə şahid qismində ifadə verəcəklər.

“Barselona” İspaniya Kral Futbol Federasiyasının Hakimlər Komitəsinin keçmiş sədr müavini Xose Mariya Enrikes Neqreyraya rüşvət verməkdə ittiham edilir.

Prosesdə daha çox klubun keçmiş prezidenti Xosep Mariya Bartomeunun adı hallanır. Məsələ ilə bağlı istintaq aparılır.

Digər Xəbərlər
Xəbər Lenti