"Müqavilənin uzadılması bir neçə gündən sonra elan olunacaq"

16 Sentyabr 2023 15:20 İspaniya 1 037
"Müqavilənin uzadılması bir neçə gündən sonra elan olunacaq"

"Barselona"nın baş məşqçisi Xavi Hernandez klubla müqavilənin müddətinin artırılması ilə bağlı razılığa gəldiyini və bunun yaxın günlərdə rəsmən açıqlanacağını təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı klubla yalnız bir mövsüm üçün razılıq olduğunu deyib:

"Mən klub prezidenti və Deko ilə danışdım. İşin necə nəticələnməsi mənim üçün vacibdir. Mövsümün sonunda hədəflər olmayacaqsa, uzunmüddətli müqavilə imzalamağın da mənası qalmır.

Bir neçə il məşqçi kimi qalmaq üçün mübarizə aparmalısan. Söhbət oyunun səviyyəsindən və titullardan gedir.

Mən heç vaxt klub üçün problem olmayacam. Metodlarımın işləmədiyini gördükdə gedəcəm.

İndiyə qədər işimlə bağlı çox həyəcanlıyam, layihəmiz hələ də çox aktualdır. Şübhəsiz ki, müqavilənin uzadılması bir neçə gündən sonra elan olunacaq".

Xavi 2021-ci ilin noyabrında "Barselona"ya baş məşqçi təyin edilib və onun müqaviləsi 2024-cü ilin yayına qədərdir. Ötən mövsüm "Barselona" onun rəhbərliyi altında İspaniya çempionu olub və ölkə Superkubokunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var