Abramoviç "Çelsi"ni bu adama satmaqdan imtina etdi

10 Dekabr 2019 22:05 İngiltərə 765
Abramoviç "Çelsi"ni bu adama satmaqdan imtina etdi

ABŞ-ın "Los-Anceles Docers" beysbol klubunun sahiblərindən Todd Boeli "Çelsi"ni almaq istəyib.

Sportinfo.az xəbər verir ki, 46 yaşlı biznesmen bununla əlaqədar "zadəganlar"ın sahibi Roman Abramoviçə təklif ünvanlayıb. Lakin rusiyalı milyarder rədd cavabı verib.

Mənbə bildirir ki, Abramoviç danışıqlar aparmağa hazırdır. Lakin o, klubu azı 3 milyard dollara satmaq niyyətindədir. Boelinin təklifi bu məbləğdən aşağı olub.

Güman olunur ki, amerikalı iş adamı "Çelsi"ni almaq üçün məbləği artıraraq, yeni təklif irəli sürəcək.Roman Abramoviç İngiltərə klubunu 2013-cü ilin aprelində alıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!