Hamının “film çəkirlər” dediyi kameralar bunun üçün imiş - VİDEO

17 May 07:10 Hadisə 902
Hamının “film çəkirlər” dediyi kameralar bunun üçün imiş - VİDEO

Son günlər paytaxtda nəqliyyat axınının güclü olduğu bir sıra yollarda quraşdırılmış kameralar hərəkət iştirakçılarının marağına səbəb olub.

Sosial şəbəkələrdə yayılan videolarda yolların kənarında və ortasında ştativ üzərində quraşdırılmış kameraları görmək mümkündür. İşçilər tərəfindən idarə edilən bu kameraların hansı funksiyanı yerinə yetirdiyi isə suallar yaradıb.

Məlum olub ki, bu kameralar yol polisinə məxsus deyil. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirdi ki, yollardakı çəkilişlər təmsil etdiyi qurum tərəfindən aparılır:

“AYNA tərəfindən Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat modelinin yenilənməsi məqsədilə nəqliyyat axınlarının videoçəkilişi aparılır. Çəkiliş podratçı şirkətin əməkdaşları tərəfindən günün müxtəlif saatlarında həyata keçirilir” (qafqazinfo).

Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 18:10 Çək və bizə göndər!
23 İyun 07:20 Prezident bilirdi...