Mahir Emreli Qara Qarayevə yazdı, De Byaziyə söz atdı - FOTO

24 Noyabr 2023 12:40 Hadisə 3 412
Mahir Emreli Qara Qarayevə yazdı, De Byaziyə söz atdı - FOTO

Azərbaycan millisinin futbolçuları sabiq baş məşqçi Canni De Byazinin açıqlamasına cavab verən Qara Qarayevin paylaşımına şərh yazıblar.

Sportinfo.az xəbər verir ki, Mahir Emreli, Araz Abdullayev kimi oyunçular Q.Qarayevə dəstək olublar.

Mahir Emreli sabiq komanda yoldaşının paylaşımına maraqlı rəy yazıb. O, “sağdan sağla, soldan solla qaldır” deyə şərh bildirib.

Böyük ehtimalla ,Zaqreb “Dinamo”sunda çıxış edən forvard De Byazinin məşqlərdə verdiyi tapşırıqların anlaşılmaz olduğuna işarə vurub.

Araz Abdullayev şərh yazaraq Qarayevə dəstəyini nümayiş etdirib.

Bundan başqa “Qarabağ”ın sabiq qapıçısı Vaqne da Silva da paylaşıma şərh yazıb.

Digər Xəbərlər
Xəbər Lenti