
Braziliyanın “Santos” klubu 111 illik tarixində ilk dəfə ölkənin əsas liqasını tərk edib.
Sportinfo.az xəbər verir ki, Sau Paulu şəhərinin təmsilçisinin uğursuz çıxışı azarkeşlərini sarsıdıb.
Braziliya A Seriyasının sonuncu turunda “Fortaleza”ya 1:2 hesabı ilə uduzan “ağ-qaralar” B Seriyasına yuvarlandı.
Matçdan sonra komandanın azarkeşləri göz yaşlarını saxlaya bilməyib.