Valideynlər razılıq verdi, qəzada ölən idmançı oğullarının ürəyi Fəridə köçürüldü - İKİ FOTO

2 Dekabr 2023 01:00 Hadisə 580
Valideynlər razılıq verdi, qəzada ölən idmançı oğullarının ürəyi Fəridə köçürüldü - İKİ FOTO

Türkiyədə qəza keçirərək həlak olan boksçu Görkem Kaynarın ürəyi azərbaycanlı tələbəyə köçürülüb.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Avtomobil qəzasında ölən 24 yaşlı idmançının orqanları ailəsi tərəfindən ehtiyacı olanlara bağışlanıb.

Boskçunun ürəyi isə Akdeniz Universitetinin Xəstəxanasında 6 ildir ki, ürək çatışmazlığına görə müalicə alan Fərid Əzimli adlı azərbaycanlı tələbəyə köçürülüb. Əməliyyat 4 saat çəkib. Tələbənin vəziyyəti hazırda yaxşıdır.

Görkem Kaynar noyabrın 20-si Isparta – Eğirdir yolunda qəzaya düşmüşdü. O, 4 gün sonra xəstəxanada vəfat edib.


Digər Xəbərlər
Xəbər Lenti