Sevgilisi ona xəyanət edən ulduz futbolçudan ayrıldı - FOTOLAR

30 Noyabr 2023 08:30 Hadisə 626
Sevgilisi ona xəyanət edən ulduz futbolçudan ayrıldı - FOTOLAR

Braziliya millisinin və Səudiyyə Ərəbistanının “Əl Hilal” klubunun ulduzu Neymarın xanımı Bruna Biankardi futbolçudan boşanıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb Neymarın qızlarının dünyaya gəlməsindən sonra sevgilisinə dəfələrlə xəyanət etməsidir.

Bruna ulduz futbolçu ilə xəyanət etməyəcəyinə dair müqavilə bağlasa da, o buna əməl etməyib.

Model özü də açıqlamasında bildirib ki, Neymarla ayrılıb: “Bu, şəxsi məsələdir. Hər cür xəbərlər çıxır.

Sizə etiraf edə bilərəm ki, hazırda onunla münasibətim yoxdur. Biz sadəcə Mevinin valideynləri olaraq qalacağıq. Ümid edirəm ki, haqqımda daha xəbərlər yayımlanmayacaq”.

Neymar və Biankardi 2021-ci ildən birlikdə idilər.



Digər Xəbərlər
Xəbər Lenti