
Dünən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova həsr edilmiş filmin təqdimat mərasimi keçirilib.
“Stadionlar səssiz olanda” adlı idman əsərinin premyerası Nizami Kino Mərkəzində baş tutub.
Tədbirə futbol ictimaiyyətinin demək olar bütün zümrələri qatılıb. 200-ə yaxın qonağın qatıldığı mərasimdə AFFA-nın baş katibi Sərxan Hacıyev də iştirak edib.
Federasiyanın idarəçisi tədbirə metro ilə yollanıb. Yolların «tıxaç» olmasını nəzərə alan S.Hacıyev yeraltı nəqliyyat vasitəsindən yararlanıb.
Hadisənin şahidi olan oxucumuz həmin anı çəkərək, redaksiyamıza göndərib.
SPORTİNFO.AZ