
Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov təltif edilib.
Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu il peşəkar karyerasını başa vuran müdafiəçi milli assosiasiyada baş katib Sərxan Hacıyevlə görüşüb.
O, AVRO-2024-ün seçmə mərhələsində İsveçlə keçirilən ev oyunundan (3:0) öncə ölkədə olmadığından təqdimetmə mərasimində iştirak edə bilməmişdi.
S.Hacıyev yığmanın sabiq üzvünə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Ruslan Abışov 2009-2018-ci illərdə Azərbaycan millisinin heyətində 56 oyun keçirib, 4 qola imza atıb.