Ərəblər Ronalo üçün muzey açdı - VİDEO

27 Noyabr 2023 10:20 Hadisə 444
Ərəblər Ronalo üçün muzey açdı - VİDEO

Portuqaliya millisinin və “Əl-Nəsr”in kapitanı Kriştiano Ronaldonun Ər-Riyad şəhərində muzeyi açılıb.

Sportinfo.az xəbər verir ki, bununla bağlı məlumatı futbolçunun özü sosial şəbəkədə yayıb.

38 yaşlı portuqaliyalı futbolçu karyerasının ən mühüm anlarını əks etdirən ən müasir qalereyanın yer aldığı muzeyi ilk ziyarət edənlərdən olub.

Muzeyin təqdimatı Səudiyyə Ərəbistanı çempionatında Ronaldonun daha bir parlaq oyunundan sonra baş tutub.

Belə ki, “Əl-Nəsr” “Əl-Oxdodu” 3:0 hesabı ilə məğlub edib. Portuqaliyalı forvard isə dubl edib.

Bu performans Kriştianoya parlaq karyerasında daha bir rekord vurmağa kömək etdi.

O, 2023-cü ildə "Əl Nəsr" və Portuqaliya üçün 48 qol və 13 məhsuldar ötürmə ilə 60+ xal həddinə çatıb. Ronaldo tarixində 10-cu dəfə bu rekorda imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti