
«Sportinfo TV»nin şef-redaktoru İlkin Fikrətoğlu sosial şəbəkə hesabında maraqlı paylaşım edib.
Tanınmış telejurnalist millinin sabiq baş məşqçisi Canni De Byaziyə həsr etdiyi meyxanalı video-paylaşım Brüsseldə keçirilən mətbuat konfransına aiddir.
Hansı ki, italiyalı çalışdırıcı AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən Belçika - Azərbaycan matçından (5:0) sonra media mənsublarının ünvanına qeyri-etik ifadələr işlətmiş, onlara təhqirlər yağdırmışdı.
Bu sözlər 67 yaşlı sükançıya baha başa oturdu. KİV və ictimaiyyətin sərt qınağına tuş gəldi, o da AFFA İcraiyyə Komitəsinin iclasında müqaviləsinin müddətini uzatmaq istəmədiyini deməyə məcbur oldu...
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: