Premyer Liqa oyununda çinli sürpriz qonaq - FOTO

25 Noyabr 2023 20:40 Hadisə 1 071
Premyer Liqa oyununda çinli sürpriz qonaq - FOTO

Premyer Liqanın 14-cü turu çərçivəsində keçirilən oyunu işıqlandıran jurnalistlər arasında çinli bloger də var.

Səyahət həvəskarı olan Penqli Vu Azərbaycana gəzmək üçün gəlib.

Bu, onun baş çəkdiyi 71-ci ölkədir.

Fürsətdən istifadə edən Penqli "ASCO Arena"da baş tutan oyunu canlı izləmək və sosial şəbəkə hesablarında müxtəlif səpkili paylaşımlar etmək üçün stadiona təşrif buyurub.

Çinli qonaq oyundan sonra gəzmək üçün Gəncəyə yollanacaq, növbəti həftə Azərbaycan kubokundakı matçlardan birini canlı izləyəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti