De Byazinin AFFA-nın iclasında işlətdiyi NÖVBƏTİ HİYLƏ

23 Noyabr 2023 21:20 Hadisə 1 803
De Byazinin AFFA-nın iclasında işlətdiyi NÖVBƏTİ HİYLƏ

AFFA İcraiyyə Komitəsinin fövqəladə iclasında Azərbaycan millisinin baş məşqçisinin gələcək taleyi ilə bağlı qərar qəbul olunub.

Komitə üzvlərinin səsverməsinin nəticəsi olaraq Canni de Byazi ilə başa çatan müqavilə yenilənməyib.

İclasda italiyalı məşqçi də iştirak edib və bir neçə dəqiqədən sonra zalı tərk edib.

Əslində, öncədən de Byazinin iclasda iştirakı nəzərdə tutulmayıbmış. Məqsəd onun fəaliyyətini müzakirə etmək, gələcəyi ilə bağlı fikirləri dinləmək olub. Lakin hörmət əlaməti olaraq həmin an AFFA-nın inzibati binasındakı iş otağında olan 67 yaşlı iclasa dəvət olunub.

AFFA prezidenti Rövnəq Abdullayev baş məşqçini dinləməyə hazır olduqlarını bildirıəndə, de Byazi çıxış edərək millidə qalmaq istəmədiyini əminliklə dilə gətirib.

Niyə?

Komitə üzvləri hələ iclasdan əvvəl öz aralarındakı müzakirələr zamanı italyan çalışdırıcı ilə yeni əməkdaşlıqda maraqlı olmadıqlarını bildiriblər. Sadəcə dəyirmi masa təşkil olunub ki, vida mərasimi rəsmi şəkildə gerçəkləşsin.

Canni iclasdan əvvəl hansısa yolla bundan xəbər tutub. Ona yeni müqavilənin imzalanmayacağı bildirilib. O bundan sonra Azərbaycan millisində çalışmaq istəmədiyini bildirib ki, gedişi qovulmaq kimi yox, öz istəyi ilə postundan ayrılması kimi qələmə verilsin.

Ölkəmizdə çalışdığı 3 il 3 aylıq müddətdə futbol ictimaiyyətinin nifrətini qazanan özündənrazı qoca bu addımı ilə usta hiyləgər olduğunu növbəti dəfə sübut edib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti