"Qarabağ" və "Neftçi"nin sabiq üzvündən ŞOK SÖZLƏR: "Allah bizləri belələrindən qorusun"

23 Noyabr 2023 19:40 Hadisə 1 110
"Qarabağ" və "Neftçi"nin sabiq üzvündən ŞOK SÖZLƏR: "Allah bizləri belələrindən qorusun"

Hazırda futbol ictimaiyyətinin əsas gündəmi Azərbaycan millisidir.

Canni De Byazi ilə yolları ayıran AFFA yeni baş məşqçi axtarışına start verib.

Belə günlərdə milli komandamızın sabiq üzvü Romal Hüseynov da başverənlərə səssiz qalmayıb.

O, öz “feysbuk” hesabından paylaşdığı postla diqqətləri özünə çəkib.

Narazılıq edən veteran yarımmüdafiəçi milli formada olan fotosuna bu sözləri yazıb:

“Bu da bir yoldu keçdim. Şükür, mənim üçün şərəfli keçdi. Amma kimi də şərəfsiz keçdi. Hələ də davam edirlər. Allah bizləri belə şərəfsizlərdən qorusun, inşallah”.

Göründüyü kimi, Hüseynov kifayət qədər sərt sözlərdən istifadə edib.

Aydındır ki, onun statusunun ünvanı mütləq var.

Həm də həmin adamlar indi də milli komdanın daxilindədir.

Lakin təhqirin kimə ünvanlandığını sezmək elə də asan məsələ deyil.

Yəqin ki, biz bilməsək də, sahibi öz hesabını götürmüş oldu.

Azərbaycan millisinin sabiq üzvü ölkəmizdə “Qarabağ”, “Bakı”, “Neftçi” kimiklublarda çıxış edib. Uzun müddət Türkiyədə legioner həyatı yaşayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti