Azərbaycan klubunun sabiq icraçı direktoru vəfat etdi

23 Noyabr 2023 08:30 Hadisə 919
Azərbaycan klubunun sabiq icraçı direktoru vəfat etdi

Azərbaycan futboluna itki üz verib.

Bir zamanlar Premyer Liqada iştirak etmiş "Simurq"un icraçı direktoru Vaqif Əliyev dünyasını dəyişib.

Təcrübəli funksioner 6 il Zaqatala təmsilçisində icraçı direktor vəzifəsində çalışıb.

O, iki klub prezidenti – Zaur Məmmədovla Anar Bəkirovun, eləcə də üç əcnəbi mütəxəssis – Roman Pokora, Qyoko Hacievski və Georgi Çixradzenin dönəmində “Simurq”da fəaliyyət göstərib.

Sportinfo.az saytının kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti