Qələt dalınca qələt!

22 Noyabr 2023 16:40 Hadisə 1 427
Qələt dalınca qələt!

Son günlərin aktual adamı Canni de Byazi “Qafqazinfo”ya müsahibə verib.

İtaliyalı çalışdırıcı Belçika ilə oyundan sonra jurnalistləri axmaq adlandırmasına aydınlıq gətirib, özündən çıxmasının səbəbini söyləyib, Belçikaya faciəvi yenilgidən söz açıb, sona yaxın millidəki sələflərindən danışıb.

Ötən il Millətlər Liqasında heç nəyə yaramayan 5 qələbəni bəh-bəhlə sırımaqla yanaşı, millinin tarixində ilk dəfə 5 komandalı qrupda 7 xal toplamasını xüsusi əməyi kimi təqdim edib.

3 ildə etdiyi qələtlərə bəraət qazandırmaq istəyəndə isə növbəti qələti edib.

2018-ci ildə Qurban Qurbanovun rəhbərliyi altında oynayan yığmanın nisbətən zəif rəqiblərin yer aldığı qrupda yaxşı mənada heç nə edə bilmədiyini açıq-aşkar dilinə gətirib. Dolayı yolla yox ha, birbaşa!

Elxan Məmmədovun dövründə millinin başına gətirilən adamdan bundan artığını gözləmək olmazdı zatən. İndiyə qədər Qurbanovu gözü götürməyənlər, “Qarabağ”ın uğurlarını öz adına yazmaq istəyənlər hocanı italyanın yanında o qədər kiçildiblər ki, bu qoca axmaq özündə cəsarət tapıb Qurban bəyin bostanına söz atır, millidəki dönəminə ilişir.

Ay debil, Qurban Qurbanovun sağ ayağının bildiyini sənin başın bilmir. Onun son 10 ildə Azərbaycan futbolu üçün etdiklərini bundan sonra 50 il də keçsə, sən və havadarların edə bilməyəcəksiniz. Məşqçilik bacarığından danışanda, Qurbanın adını dilinə gətirməyin özü belə qəbahətdir sənin kimisi üçün.

O, 2018-də xalqın tələbi ilə milliyə dəvət olunanda uzunmüddətli inkişaf planı hazırlanmışdı. Milli komandada yüksək əhval-ruhiyyə formalaşdırmışdı. Nikola Yurçeviçi, sonra da səni ora gətirib şəxsi maraqlarını düşünənlər Qurbanova işləmək imkanı vermədilər.

Heç 1 il tamam olmamış min cür bəhanələrlə ölkəmizin bir nömrəli futbol adamının bir nömrəli futbol komandasından getməsinə nail oldular. Sənə və başına yığdığın italyanlara verilən pulları demirəm, vaxtı hocaya versəydilər, indi Azərbaycan yığması Allah bilir haralardaydı.

Ağzına söz alıb danışanda, tarixə bax, statistikaya göz gəzdir. Gör, Qurban kimdir, sən kimsən. Gör, o, nələr edib, sən nə etmisən. Gör, onun ağırlığı nə qədərdir, sənin çəkin nə qədər.

3 ildir çalışdığın ölkənin dövlət himninin sözlərini öyrənib, özün kimi gəlmələrə öyrətməyə maraq göstərməmisən, Azərbaycanın ən sevilən futbol adamına dil uzadırsan, müftəxor?

Səni italyan olduğuna bura dəvət edən(lər)in, yanında Qurban Qurbanovu pisləyən(lər)in, jurnalistləri axmaq gözündə görməyə məcbur edən(lər)in futboldakı ömrünə az qalıb.

2008-də qurulan mif yavaş-yavaş dağılır. “FİFA Elxan”ın özünə yeni qazanc yeri tapmasından sonra digərlərinin arxasından da bir-bir dəyəcəklər. Sənin kimi heç kimə lazım olmayan istifadə müddəti bitmişi də Azərbaycan xalqı rədd edəcək ölkədən.

Sarsağın bir sarsaq, çatana çatıb, çatmayana daş atmağına bax bunun.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!