İtaliyalı ekstravaqant baş məşqçi Canni De Byazinin Brüsseldə Azərbaycan jurnalistlərini təhqir etməsi böyük rezonans yaradıb.
Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov yaşanan bu hadisə ilə bağlı maraqlı fikirlər səsləndirib.
Deyib ki, belə olaylar vaxtaşırı digər ölkələrdə də baş verir:
“Lakin biz bunun presedenti ilə artıq rastlaşmışdıq.
Yada salaq, məhz Belçika paytaxtında 2011-ci ildə millimizin 1:4 hesablı məğlubiyyətindən sonra həyasızlıqda De Byazidən geri qalmayan almaniyalı Berti Foqts üzrxahlıq əvəzinə, jurnalistlərə bildimişdi ki, Azərbaycan mentalitetində birlik yoxdur və komanda oyunlarında uğur qazanmaq mümkün deyil.
Budur, tarix təkrarlanır. Personajlar fərqli olsa da, məkan da, abırsız davranış da analojidir.
Türkiyə futbolunda mediaya bu cür hörmətsizlik edən məşqçi və ya futbolçuya qarşı hansı tədbirlər görülüb, hamıya yaxşı bəlliddir.
Məsələn, Arda Turan tanınmış jurnalist Bilal Meşəyə qarşı fiziki müdaxiləsindən sonra bir sıra təzyiqlərə məruz qaldı. Bununla da karyerasında eniş yaşadı, millidən urvatsız yola salındı.
Elə götürək, Türkiyə komandasının sabiq çalışdırıcısı Stefan Kuntzun son aylarda mətbuata “ilişməsi”, onları lağ obyektinə çevirməsini. Ondan çox keçmədi, istefaya göndərildi.
Sözümün canı odur ki, bu cür ləyaqətdəın uzaq, davranışını bilməyən De Byaziyə yerini göstərmək və dərhal istefaya göndərmək lazımdır”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

