Brüsseldə OLAY! - Dövlət himnimizlə bağlı ciddi səhvə yol verildi, oyun 4 dəqiqə gecikdi

19 Noyabr 2023 21:11 Hadisə 844
Brüsseldə OLAY! - Dövlət himnimizlə bağlı ciddi səhvə yol verildi, oyun 4 dəqiqə gecikdi

Avro-2024-ün seçmə mərhələsində bu gün keçirilən Belçika - Azərbaycan matçının təşkilatçıları ciddi səhvə yol veriblər.

Sportinfo.az xəbər verir ki, oyundan əvvəl Azərbaycanın yox, başqa ölkənin himni səsləndirilib.

Bu isə millimizin futbolçularının, məşqçi heyətinin çaşqınlığına səbəb olub. Belçikanın himni səsləndirildikdən sonra səhv aradan qaldırılıb və Azərbaycanın dövlət himni səsləndirilib. Stadionun diktoru bu səhvə görə üzr istəyib.

Himnin səhv səsləndirilməsinə görə oyun 4 dəqiqə gec başlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!