Azərbaycan millisinin İsveçlə oyunundan əvvəl yığmanın bir neçə sabiq futbolçusu rəsmi şəkildə yola salındı.
Matçdan öncə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbovla AFFA-nın baş katibi Sərxan Hacıyev Rauf Əliyev, Əfran İsmayılov, Riçard Almeyda və Rahid Əmirquliyevi meydana dəvət edib azarkeşlərin qarşısında onlara təşəkkür etdilər.
Futbolçulara göstərdikləri xidmətlərə görə müxtəlif xatirə hədiyyələri təqdim olundu.
Oyun başa çatandan sonra Riçard Almeyda sosial şəbəkə hesabında Azərbaycan dilində paylaşım edərək, göstərilən diqqətə görə təşəkkür edib:
“Azərbaycan milli komandasının formasını həmişə qürurla daşıdım və buna görə karyeramı qiymətləndirən hər kəsə xüsusi təşəkkür edirəm.
Oyundan öncə azarkeşlər önündə bizə verilən xatirə hədiyyəsinin dəyəri mənim üçün çox böyükdü. Milli komandaya bir azarkeş kimi gələcəkdə ancaq uğurlar arzulayıram!”
Əslən Braziliyadan olan futbolçu 2017-ci ildən 2023-cü ilə qədər formasını geyindiyi Azərbaycan yığmasında 31 oyunda 3 qolla yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ

