Millimizin oyunçusu bu hərəkəti ona görə edib ki... VİDEO

18 Noyabr 2023 21:00 Hadisə 1 181
Millimizin oyunçusu bu hərəkəti ona görə edib ki... VİDEO

Azərbaycan yığmasının müdafiəçisi Rahil Məmmədovun AVRO-2024-ün seçmə mərhələsi çərçiavəsində İsveçlə keçirilən matçdan (3:0) sonra etdiyi hərəkət sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Belə ki, onun xanım hakimlərlə görüş tərzi birmənalı qarşılanmayıb.

Arxa xətt oyunçusu əlini geyiminə bükərək, Ester Staubli və Suzanna Künqlə əl-ələ görüşüb.

Sosial şəbəkə izləyicilərindən bəziləri futbolçunun bunu əli bulaşıq olduğu üçün etdiyini yazır. Bu, doğrudanmı belədir?

Gerçəyi bilmək istəyirsizsə, Rahil dini inancdan dolayı isveçrəli qadın hakimlərlə bu cür salamlaşıb.

Uzun illərdir ibadət əhli olan və İslami ehkamlara ciddi riayət etməyə çalışan «Qarabağ»ın üzvü dini qadağaları pozmamaq üçün əlinin naməhrəm qadının əlinə dəyməsini istəməyib. Çünki bu, dində haram sayılır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!