DTX Bakıdakı bu səfirliyə qarşı terrora cəhdinin qarşısını alıb

18 Noyabr 2023 14:10 Hadisə 682
DTX Bakıdakı bu səfirliyə qarşı terrora cəhdinin qarşısını alıb

Bakıda terror aktı törətməyə cəhd edərkən Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılan M.H.Hüseyinzadənin bu əməli hansı inzibati binada törətmək istədiyi məlum olub.

İsrailin “The Jerusalem Post” nəşri sözügedən hadisənin İsrailin Bakıdakı səfirliyində baş verdiyini yazıb.

Məlumatda İsrailin Bakıdakı səfirliyinə qarşı hücum planlaşdıran silahlı şəxsin Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldığı qeyd olunub. Bildirilir ki, həmin şəxs səfirliyin əməkdaşlarına zərər vurmağı planlaşdırıb.

Həmçinin bu xəbəri oxuyun: Американский цинизм открыто стал на армянскую сторону

Həmçinin İsrailin “Ynet” portalı tutulanın İranəsilli olduğunun güman edildiyini də əlavə edib.

Bu, Bakıda qeydə alınan ikinci belə bir hadisədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!