Üç ildir gözdən itmiş futbolçu birdən-birə yığmada göründü

18 Noyabr 2023 08:20 Hadisə 1 009
Üç ildir gözdən itmiş futbolçu birdən-birə yığmada göründü

İtaliyanın "Kalyari", "Peruca" və "Yuventus" klublarında oynamış, üç ildən çoxdur ki, ortalıqda görünməyən şimali koreyalı Han Kvanq-Sonq birdən-birə yığmaya dəvət alıb.

Sportinfo.az xəbər verir ki, futbolçu ölkəsinin Suriya ilə beynəlxalq matçında start "11-lik"də "10" nömrəli forma ilə meydana çıxıb

Karyerasını bitirdiyi düşünülsə və son üç ildə futbol oynayıb-oynamadığı bilinməsə də, o, hələ də ölkəsinin yığması üçün çox vacib oyunçu hesab olunur.

Futbolçunun hansısa səbəblərdən Şimali Koreyada hökumət tərəfindən araşdırma obyekti olduğu bildirilirdi.

Hücumçu 2018-ci ildə İtaliyadakı həyatı və bu günə qədərki karyerası haqqında təəssüratlarını müzakirə etmək, müsahibə vermək üçün sözügedən ölkənin dövlət televiziyasına (RAI) dəvət olunsa da bu baş tutmamışdı.

Belə ki, canlı yayım başlamazdan bir müddət əvvəl Şimali Koreya prezidenti Kim Çen İnın yaxın çevrəsinin bir üzvü onunla əlaqə saxlayaraq efirdə görünməsinə qadağa qoyub.

Nəticədə müsahibə futbolçu olmadan davam edib. Hanın o vaxt çıxış etdiyi "Perucia"nın prezidenti Massimiliano Santopadre də bunu təsdiqləyərək açıqlamasında, "Şimali Koreyada prezidentə yaxın bir şəxs mənə zəng vurdu və müsahibəni əngəllədilər. Yalnız futbolçu ilə danışmaq istədilər və onlarla müzakirə aparmaq mümkün olmadı. Onun hökümətlə bağlı durumu çox sərtdir və televeziyaya çıxışına qadağa qoyublar. Əməl etməyəcəyi təqdirdə, futbolçu repatriasiya olunacağından qorxur" - sözlərini söyləmişdi.

Han Kvanq-Sonq 2017-2019-cu illər arasında İtaliya klublarından "Kalyari", "Perucia" və "Yuventus"un U-23 komandasında forma geyinib. Hücumçu Avropanın ən yaxşı liqalarından birində qol vuran ilk şimali koreyalı kimi ölkəsinin tarixinə düşüb. O, bunu 2016-17 mövsümündə "Kalyari"də oynayarkən edib.

Sonuncu dəfə Qətər klubu "Al-Duhail" tərəfindən təxminən yeddi milyon avroya transfer olunan Kvanq-Sonq 2020-ci ilin avqustundan etibarən yoxa çıxmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!