AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda Azərbaycan və İsveç komandaları arasında Bakıda keçirilən qarşılaşmanın (3:0) baş hakimi Ester Ştaubli üçün xüsusi olub.
Sportinfo.az İsveçrə mətbuatına istinadən xəbər verir ki, o, kişilər arasında Avropa çempionatının seçmə turnirində oyun idarə edən ilk isveçrəli hakim kimi tarixə düşüb.

