Xanım idman jurnalisti ilə sevgili olan futbolçunu tanıyın - FOTOLAR

16 Noyabr 2023 02:10 Hadisə 789
Xanım idman jurnalisti ilə sevgili olan futbolçunu tanıyın - FOTOLAR

Daniele Ruqani İtaliya futbolunun böyük istedadlarından biri hesab edilirdi.

Onun "Yuventus"un və İtaliya millisinin gələcək simalarından biri olacağı gözlənilirdi.

Ancaq Ruqani özünü doğrultmadı. "Qoca sinyora"nn əsas heyətinə düşməkdə çətinlik çəkən müdafiəçi karyerasının bir hissəsini icarələrdə keçirib.

29 yaşlı Daniele artıq "Yuve"nin sıradan futbolçulardan biri hesab edilir. Yaşını nəzərə alsaq, onun "partlamaq" ehtimalı qeyri-mümkündür.

Ruqaninin karyerası istədiyi kimi olmasa da, şəxsi həyatda bəxti gətirib. Mikela Persiko daim onun yanında olub. Mikela futbolçunun həyatındakı ən doğru seçim olaraq qiymətləndirilir.

32 yaşlı idman jurnalisti hazırda İtaliya kanallarından birində işləyir. O, həmçinin fitneslə fəal məşğul olur. Eyni zamanda moda brendləri ilə əməkdaşlıq edir.

Cütlüyün Tommason adlı üç yaşlı oğlu var. Ruqani və Mikela qalmaqallardan uzaq həyat sürür. Ona görə ailə haqqında mətbuatda xoş olmayan informasiya yoxdur.

Heybət

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!