Gədəbəydə Ermənistanla həmsərhəd ərazidə yanğın zamanı mina partlayıb

14 Noyabr 2023 08:10 Hadisə 493
Gədəbəydə Ermənistanla həmsərhəd ərazidə yanğın zamanı mina partlayıb

Azərbaycanın Ermənistanla sərhəddə yerləşən Gədəbəy rayonu, Novoivanovka kəndinə yaxın ərazidə baş verən yanğın zamanı mina partlayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları, canlı qüvvəsi və digər qurumların əməkdaşları cəlb olunub.

Yanğın həmsərhəd ərazidə baş verdiyindən, həmçinin mina təhlükəsi nəzərə alınaraq yanğına tam müdaxilə etmək hələlik mümkün olmayıb. Amma alovun Novoivanovka kənd ərazisinə keçməməsi və təhlükənin artmaması üçün tədbirlər görülür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!