Tanınmış bloger Bakıda Xabi Alonso ilə görüşmək üçün baxın nə etdi! - VİDEO

13 Noyabr 2023 20:00 Hadisə 1 278
Tanınmış bloger Bakıda Xabi Alonso ilə görüşmək üçün baxın nə etdi! - VİDEO

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində növbəti məğlubiyyətini aldı.

Təmsilçimiz oktyabrın 26-da 1:5 hesabı ilə uduzduğu “Bayer”ə bu dəfə minimal hesabla yenildi – 0:1.

Ölkənin tanınmış blogerlərindən olan, uzun illər Premyer Liqamızda top qovmuş Nuqzar Kvirtiya həmin oyunu meydanın kənarından izləyib, maraqlı görüntüləri kameranın yaddaşına köçürüb.

Nuqzar matçdan əvvəl öz qarşısına iki şərt qoyub.

Birincisi, oyundan sonra Kulio Romao ilə Kevin Medinadan bu qarşılaşmada geyindiyi futbolkaları alıb azarkeşlərin arasında yarış keçirmək və formaları qaliblərə təqdim etmək.

İkincisi, “Bayer”in baş məşqçisi Xabi Alonso ilə şəkil çəkdirib məşhur ispandan imza almaq.

Kvirtiyanın ilk hədəfi stadionda həyata keçsə də, Alonso ilə görüşmək ona nəsib olmayıb.

Bloger ikinci hədəfini gerçəkləşdirmək üçün maraqlı addıma əl atıb ki, aşağıdakı videoda həmin anın görüntüləri ilə yanaşı 18 dəqiqəlik videoda ən maraqlı epizodları izləyə bilərsiniz.

Əslən Gürcüstandan olan Nuqzar Kvirtiya 2009-2012, 2015-2018-ci illər aralığında AZAL-ın, 2012/13 mövsümündə “Turan”ın formasını geyinib.

O, Azərbaycan Premyer Liqasında 200-dən çox oyunun iştirakçısı olub.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!