Soyqırımı qurbanlarının xatirəsinə Xocalıda abidə ucaldılacaq

13 Noyabr 2023 18:30 Hadisə 523
Soyqırımı qurbanlarının xatirəsinə Xocalıda abidə ucaldılacaq

Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan abidə ucaldılacaq.

Abidə Xocalı şəhərində qoyulacaq.

Hazırda abidə ucaldılacaq ərazidə hazırlıq işləri və təmizləmə əməliyyatları həyata keçirilir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən orada azərbaycanlılara qarşı soyqırımı törədib.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 20:00 Çək və bizə göndər!